"Young Lions Azerbaijan 2025" Yaradıcılıq Müsabiqəsi həyəcanı başlayır!
Young Lions Competitions Azerbaijan 2025 Azərbaycan 2025-cü ildə keçirilən “Young Lions Competition”ın finalında Print, Dizayn və Film kateqoriyalarında üç komanda ilə iştirak edəcək. Reklam və marketinq kommunikasiyaları sahəsində gənc mütəxəssislər arasında keçirilən müsabiqədə iki nəfərdən ibarət komandaya kreativ işin yaradılmasına 24 saatdan 48 saata kimi vaxt veriləcək. Göndəriləcək işlər yerli münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriya üzrə ən çox bal toplamış komanda müsabiqədə qalib gəlir. Qalib komandanın üzvləri 16-20 iyun tarixlərində “Young Lions Competition”ın keçiriləcək finalında çıxış etmək hüququ qazanır. |
"Young Lions Azerbaijan 2025" müsabiqəsində iştirak meyarları aşağıdakı kimidir:
- İki nəfərdən ibarət komanda yaratmaq;
- İştirak qaydalarını diqqətlə oxumaq;
- Qeydiyyat üçün ərizə doldurub təşkilatçıya təqdim etmək;
Qeydiyyat üçün müraciətlər üç kateqoriya üzrə qəbul olunur: Print, Dizayn və Film. Qeydiyyat ərizələrinin qəbulu 10 aprel 2025-ci il, cümə axşamı, Bakı vaxtı ilə saat 23:59-da başa çatır.
Müsabiqəyə kreativ sahədə çalışan mütəxəssislər — reklam və ya digital agentliklərin əməkdaşları, studiya və ya prodakşn şirkətinin əməkdaşları və eyni zamanda frilanserlər də qatıla bilərlər.
Komandanın üzvləri eyni şirkət əməkdaşları olmaya da bilər.
Komandanın hər iki iştirakçısı “Young Lions” müsabiqəsinin beynəlxalq meyarlarına cavab verməlidir:
- Print, Dizayn və Film kateqoriyalarında yarışan iştirakçıların doğum günü 21.06.1994-dən sonrakı tarixdə (30 və daha aşağı yaş) olmalıdır;
- İştirakçı Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- İştirakçı İngilis dilini yaxşı başa düşməli və danışmalıdır.
Müsabiqənin hər bir iştirakçısı bir kateqoriya (Print, Dizayn və Film) üzrə qeydiyyatdan keçə bilər. Müsabiqədə yalnız qeydiyyatdan keçmiş komandalar iştirak edə bilər.
Hər bir kateqoriyada ən azı 10 komanda qeydiyyatdan keçməlidir. Bir kateqoriyada iştirak edən komanda sayı 10-dan az olduqda, həmin kateqoriya üzrə müsabiqə keçirilməyəcəkdir.
Hər kateqoriya üçün təmin edilən brifə ingilis dilində məlumat, eləcə də iştirakçıların üzərində işləyəcəkləri məqsəd və vəzifələr daxildir. Brif müsabiqə cədvəlinə uyğun olaraq təqdim olunacaq:
Print, Dizayn və Film kateqoriyaları üzrə iştirakçılar 12 aprel tarixində brifi həm online qaydada, həm e-mail vasitəsilə elektron formada alacaqlar. Print kateqoriyası üzrə brif toplantısı Bakı vaxtı ilə saat 12:00-da, dizayn kateqoriyası üzrə isə 13:00-da, film kateqoriyası üzrə isə 14:00-da Zoom-da online qaydada baş tutacaq. Print kateqoriyası üzrə işin ən gec təhvil verilmə vaxtı 13 aprel, saat 12:00, dizayn kateqoriyası üzrə işin ən gec təhvil verilmə vaxtı 13 aprel, saat 13:00, film kateqoriyası üzrə işin ən gec təhvil verilmə vaxtı isə 14 aprel, saat 14:00-dır.
Müsabiqə çərçivəsində yaradılan bütün işlər müvafiq briflərdə göstərilən tələblərə uyğun olmalıdır.
14-22 aprel 2025 tarixləri arasında təşkilatçı tərəfindən seçilmiş münsiflər heyəti üç kateqoriyanın hər birində qalib gələn komandaları müəyyənləşdirəcək. Münsiflər heyətinin qərarı müzakirə olunmur və dəyişdirilə bilməz. Təşkilatçı münsiflər heyətini seçmək və zəruri hallarda dəyişdirmək hüququna malikdir.
Münsiflər Heyəti hər üç kateqoriya üzrə iki iştirakçıdan ibarət qalib komandanı müəyyənləşdirir.
Müsabiqənin əsas mükafatı Print, Dizayn və Film kateqoriyalarında hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın "Young Lions Competitions 2025" finalında iştirak etmək hüququdur. Qaliblərin festivalda iştirak, yol və qalmaq xərcləri tərəfdaşlar tərəfindən qarşılanacaq.
Müsabiqə iştirakçıları Print, Dizayn və Film kateqoriyalarının hər birində ortaya qoyduqları işlərdə istifadə etdikləri bütün materialların (fotoşəkillər, illüstrasiyalar, musiqi və s.) üçüncü tərəflərin müəllif və mülkiyyət hüquqlarını pozmadığına və işlərinə dair hər hansı bir iddianın olmadığına razıdırlar. Təqdim olunan hər hansı bir işdə üçüncü şəxslərin materiallarından qanunsuz istifadə olunduğu halda, təşkilatçı həmin işi müsabiqədən kənarlaşdıra bilər. “Young Lions Azerbaijan 2025” müsabiqəsində təqdim olunan bütün işlərin müəllifliyi və həmmüəllifliyi iştirakçıların ixtiyarındadır, lakin işlər kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Müsabiqəyə işlərini təqdim edən iştirakçılar, brif verən tərəfdaşlara işlərini istənilən formada dəyişdirmək və nəşr etmək üçün məhdudiyyətsiz hüquq verirlər.
Qeydiyyat üçün ərizə dolduraraq iştirakçılar Azərbaycanda təşkilatçı tərəfindən keçirilən “Young Lions Azerbaijan 2025” qaydaları ilə razılaşırlar.
"Young Lions Azerbaijan 2025" qaliblərinin elanı 2 may tarixində ediləcək.
Müsabiqənin heşteqi: #YoungLions2025 | #YoungLionsAzerbaijan
Müsabiqə cədvəli
Çərşənbə
15:00:00
Çərşənbə
15:00:00
Qeydiyyat üçün www.bakuflames.az vebsaytına müraciət etmək lazımdır. "Buy a pass" bölməsindən Young Lions kateqoriyasını seçdikdən sonra qarşımıza 2 bilet çıxacaq. Komandanın hər iki üzvünün məlumatlarını doldurmaq lazımdır. Aldığınız biletlər ilə həm Young Lions Azerbaijan 2025 müsabiqəsində iştirak, həm də 2-3 may tarixlərində keçiriləcək Baku Flames festivalına giriş haqqı əldə etmiş olursunuz. Müraciətlər üç kateqoriya üzrə qəbul olunur: Print, Dizayn və Film. Qeydiyyat ərizələrinin qəbulu 12 fevral 2025-ci il, çərşənbə, Bakı vaxtı ilə saat 12:00-da başlayır. Bir komanda üçün iştirak haqqı 100 avro (ƏDV ayrı hesablanır) təşkil edir.
Bazar ertəsi
Bazar ertəsi
Münsiflər heyətinin tərkibi elan edilir.
Cümə axşamı
Cümə axşamı
Qeydiyyat 10 aprel, cümə axşamı, Bakı vaxtı ilə saat 23:59-da başa çatır.
Şənbə
Şənbə
Print, Dizayn və Film kateqoriyaları üzrə iştirakçılar 12 aprel tarixində brifi həm online qaydada, həm e-mail vasitəsilə elektron formada alacaqlar. Print kateqoriyası üzrə brif toplantısı Bakı vaxtı ilə saat 12:00-da, dizayn kateqoriyası üzrə isə 13:00-da, film kateqoriyası üzrə isə 14:00-da Zoom-da online qaydada baş tutacaq.
Bazar ertəsi
Bazar ertəsi
Cümə
Cümə
Bazar ertəsi
Bazar ertəsi
E-mail: info@canneslions.az
Telefon: +994 10 203 50 00