Film və ya Print kateqoriyası üçün komanda qeydiyyatı
Unutmayın ki, hər iki iştirakçının ərizələri təşkilatçı tərəfindən qəbul edildikdə komanda qeydiyyat təsdiqini alacaqdır.
Müsabiqədə Azərbaycan Respublikası vətəndaşı olan və marketinq və kommunikasiya sahələrində işləyən mütəxəssislərin iştirakına icazə verilir. İştirak etmək üçün aşağıdakı meyarlara cavab verməlisiniz:

- 2020-ci il iyunun 22-dən 26-dək "Topaz Young Lions Competitions 2020"də iştirak etmək üçün yaşınız 30-dan çox olmamalıdır;
- Etibarlılıq müddəti bitməmiş pasportunuz olmalıdır;
- İngilis dilində yaxşı səviyyədə dinləmə və danışıq qabiliyyətinə malik olmalısınız;
- iMac komputerində işləmə bacarığına sahib olmalısınız;
- İki nəfərdən ibarət komanda yaratmalısınız.

Müsabiqə iştirakçılarının qeydiyyatı üçün son tarix 3 aprel 2020-ci il, bazar günü Bakı vaxtı ilə 24:00-dır. Təqdim edilən işlər brifdə göstərilən tələblərə cavab verməlidir.

Müraciət yalnız bütün punktlar doldurulduqda qəbul ediləcəkdir.

Diqqət: Müraciətiniz qeydə alındıqdan sonra müsabiqənin təşkilatçısından bir təsdiq maili alacaqsınız. Müraciət edildiyi tarixdən 48 saat ərzində ərizənin qeydiyyata alınması haqqında təsdiq almamısınızsa, xahiş edirik ki, təşkilatçıya bildirəsiniz: [email protected] və ya +994 55 703 11 20 (WhatsApp, Messenger).

Hər bir komandaya uğurlar!
Film və ya Print kateqoriyası üçün komanda qeydiyyatı

1-ci iştirakçı

2-ci iştirakçı